RU

Füzulidə qəza: Xəsarət alanların vəziyyəti məlum oldu

Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (4-ü kişi, 2-si qadın olmaqla) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərdən 2002-ci il təvəllüdlü şəxs (kişi) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Xatırladaq ki, qəza fevralın 16-da Kərimbəyli kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü 1981-ci il təvəllüdlü Beyləqan rayon Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı dünyasını dəyişib.

Sürücü Qardaşxanov Bakir Yunis oğlu, sərnişinlər Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu və Atakişiyeva Brilyant Təbriz qızı xəsarət alıblar.


Telegram kanalımız
Избранный
9
3
yenisabah.az

10Источники