RU

"Torqovı"da yaşayış binası YANIR - VİDEO - YENİLƏNİB

Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

11:36

Paytaxtın Səbail rayonu Lev Tolstoy küçəsində yerləşən yaşayış binalarından birində güclü yanğın hadisəsi baş verib. 

Adalet.az-ın məlumatına görə, yanğın yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub./Unikal

 

 

Избранный
89
6
adalet.az

10Источники