Gununsesi saytına istinadən ain.az xəbər verir.
Müəlliflik hüququ müasir dövrün ən böyük problemlərindən biridir.
Bu, bəzən kənardan sadə məsələ kimi görünsə də, özlüyündə böyük mətləbləri ifadə edir.
Xüsusilə texnoloji inkişafın getdiyi bir zamanda insan zəkasının, əməyinin istismarı, oğurlanması narahatlıq doğurur.
Ümumiyyətlə, maraqlıdır ki, bu barədə qanunlar nə deyir?
Nədir müəlliflik hüququ, müəlliflik hüququ insan hüquqları ilə nə cür təmasdadır?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, “İnsan hüquqları haqqında Büynəlxalq Bill”in tərkib hissəsi olan “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”da (1966) qeyd olunur ki, hər bir şəxsin “müəllifi olduğu hər hansı elmi, ədəbi, yaxud bədii əsərləri ilə bağlı yaranan maddi və mənəvi maraqlarının qorunmasından istifadə etmək” hüququ tanınır. Yaradıcılıq hüququ insanların bənzərsizliyini təsdiqləyən ayrılmaz azadlıq hüququdur. Müəlliflik hüququ insanın vacib mədəni hüquqlarından biri kimi yaradıcılıq prosesinə müdaxilə etmədən onun nəticələrini qorumaqla şəxslərin azad yaradıcılıq nəticələrini qoruyur.
Hüquqşünas o cümlədən deyib:
“Müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Bu cür qorunma müddətləri müəlliflərə və onların vərəsələrinə münasib vaxt ərzində iqtisadi fayda götürməyə imkan verir. Müəlliflik hüququnun tərkib hissəsi olan əmlak hüquqlarının qorunmasının müddətli olması müəllif və cəmiyyətin maraqları arasında balans axtarışının, yaradıcılığın stimullaşdırılması və cəmiyyətin biliklərə və mədəniyyətə sərbəst qovuşması tarazlığının nəticəsidir. Müəlliflik hüququ çərçivəsində, həmçinin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması, məsələn, əsərin müəllifi kimi tanınmaq hüququ, əsərdə müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı bir dəyişikliklərin aparılmasına qarşı çıxmaq hüququ və s. nəzərdə tutulur. Bu hüquqların qorunmasına zaman məhdudiyyəti qoyulmur”.
Orxan
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.