RU

ADAU da 2026 2030 cu illər üzrə Strateji İnkişaf Planının hazırlanması üzrə işçi qrupun iclası keçirilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gəncə, 17 fevral, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2026–2030-cu illər üzrə Strateji İnkişaf Planının (SİP) hazırlanması və prioritet istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə ali təhsil müəssisəsinin instutsional istiqamət üzrə işçi qrupunun iclası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə 2021–2025-ci illər üzrə ADAU-nun Strateji İnkişaf Planında qarşıya qoyulan hədəflərin icra vəziyyəti müzakirə olunub. Sonra ali təhsil müəssisəsinin qarşıdakı beş il üçün strateji hədəfləri, institusional inkişaf prioritetləri, tədrisin keyfiyyətinin artırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.

Qeyd edilib ki, 2026–2030-cu illər Strateji İnkişaf Planı universitetin milli və beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsinə, innovativ idarəetmə mexanizmlərinin tətbiqinə və insan kapitalının inkişafına xidmət etməlidir. Bu baxımdan, struktur bölmələrinin təklif və təşəbbüslərinin plan sənədində öz əksini tapması xüsusi vurğulanıb.

Müzakirələr zamanı şöbə müdirləri tərəfindən fəaliyyət istiqamətləri üzrə konkret təkliflər səsləndirilib, ölçülə bilən hədəflərin müəyyənləşdirilməsi, icra mexanizmləri və monitorinq sisteminin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda bildirilib ki, daxil olan təkliflər ümumiləşdirilərək Strateji İnkişaf Planının yekun layihəsinə daxil ediləcək və təsdiq üçün aidiyyəti qaydada təqdim olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
107
azertag.az

1Источники