RU

Rusiyada yüksək rütbəli məmur HƏBS EDİLDİ: Qaçmaq istəyərkən TUTULDU

Peterburqda Dövlət Sifarişləri Komitəsinin sədri şəhərdən qaçmaq istəyərkən saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Sankt-Peterburqun Dövlət Sifarişləri Komitəsinin sədri Denis Tolstıx şəhəri tərk etməyə cəhd göstərərkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları tərəfindən saxlanılıb.

Müstəntiqlər D.Tolstıxı və onun komitədəki həmkarlarını xüsusi cinayətkar sxem təşkil etməkdə ittiham edirlər.

Bildirilir ki, məmurlar dövlət tenderləri zamanı müxtəlif kommersiya strukturlarının maraqlarını lobbiçilik edərək qanunsuzluqlara yol veriblər.

Faktla bağlı Sankt-Peterburq üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, bundan əvvəl hüquq-mühafizə orqanları komitənin mühüm şöbəsinin rəisi və Denis Tolstıxın birbaşa tabeliyində olan Yeqor Leonovu da saxlayaraq həbs ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
62
1
interpress.az

2Источники