UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın qonağı olacaq "Nyukasl” Bakıda dəstəksiz qalmayacaq. Artıq oyuna bir neçə gün qalmışdan paytaxt küçələrində xeyli sayda ingilis fanat gözə dəyir.
“Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin QOL.az-a verdiyi məlumata görə, sabah keçiriləcək matçı 1800-dən artıq “Nyukasl” azarkeşinin canlı izləyəcəyi gözlənilir.
Onun sözlərinə görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün İngiltərə təmsilçisinin azarkeşlərinə 1998 yer ayırıb.
Qeyd edək ki, fevralın 17-də keçiriləcək matç saat 21:45-də start götürəcək.