Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 17 fevral, AZƏRTAC
Finlandiyanın Prezidenti Aleksandr Stubb Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan edib ki, “Avropa bir daha Rusiyadan neft almayacaq. Rusiyadan enerjidaşıcıları almaq artıq arxada qalıb. Heç bir düşüncəli avropalı bir də dönüb Rusiyadan neft almaz”.
AZƏRTAC xəbər verir ki, həmin konfransda iştirak edən hindistanın xarici işlər naziri Subramanyam Cayşankar jurnalistlərin “Rusiyadan neft idxalını davam edəcəksinizmi?” - sualına birmənalı cavab verməyib: “Hər yerdə olduğu kimi Hindistanın da neft şirkətləri təhlükə və riskləri nəzərə alaraq özlərinin strateji planlarını qururlar”.
Nazir dolayı yolla “yox almayacağıq” cavabını verib. ABŞ-ın sanksiyalarından çəkinən neft şirkətləri Rusiyadan neft aldıqda böyük təhlükə ilə üzləşə bilərlər. ABŞ bu şirkətləri dünya bazarından məhrum edə bilər.
Yuxarıda göstərilən hər iki amil dünya bazarında xam neftin bahalaşmasına səbəb olub. Təsadüfi deyildir ki, ötən həftənin son günləri “Brent” markalı neftin 1 barelinin qiyməti 70 dolları ötüb. “İnvesting” portalının təhlilinə görə, Omanda ABŞ-İran danışıqlarının qeyri-müəyyən nəticəsi və bunun ardınca Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Trampın görüşərək İran problemini müzakirə etdikdən sonra Körfəz ətrafına növbəti hərbi gəmilərin göndərilməsi qərarı bazarın gərginliyini artırıb. Buna görə də həftənin son günləri qiymətlərin aşağı düşmə tempi dayandı və “Brent” neftinin qiyməti 68,23 dollar ətrafında sabitləşdi.
Hindistanın “Reliance İndustries” şirkəti Venesuela neftini idxal etmək üçün ABŞ-dan lisenziya alıb. ABŞ hər il Venesueladan 2 milyard barel neft hasil edib Hindistana satmağı planlaşdırıb. Vaxtı ilə İran, Rusiya və Venesuela dünya bazarına təsir edərək neftin qiymətini müəyyən edirdilər. Bu gün isə geosiyasi vəziyyət əsaslı sürətdə dəyişib. Hər 3 ölkə birlikdə dünya neft ehtiyatlarının 32 faizinə malik olasalar da nəinki, qiymətə təsir göstərmək imkanında deyillər, hətta öz nefini dünya bazarına belə çıxara bilmirlər. ABŞ hegemon dövlət kimi Rusiya və İranı sanksiyalar altında saxlayır, Venesuelada isə neft sənayesini tamatilə ələ alıb. Bununla da dünya bazarında qiymətlər ABŞ-ın nəzarətinə keçib. OPEC hasilat və qiyməti müəyyən edən qurum olsa da bazarın tələb və təklif qanununu ABŞ reallaşdırır.
Hələ ki, dünya bazarında neftin qiyməti geosiyasi proseslərin gedişindən asılı olaraq qalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.