RU

Azərbaycan çempionatında mövsümün antirekordu qeydə alınıb

Misli Premyer Liqasının XX turunda cəmi 8 qol vurulub. Baş tutan 6 oyunda orta məhsuldarlıq 1.33-ə bərabər olub.

Azreform.info   xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Vurulan topların yarısı "Kəpəz" - "Neftçi" görüşündə (1:3) qeydə alınıb. "İmişli" - "Qarabağ" və "Qəbələ" - "Sabah" matçlarında qonaqlar, "Zirə" - "Karvan-Yevlax" və "Araz-Naxçıvan" - "Sumqayıt" qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb. "Şamaxı" - "Turan Tovuz" oyunu isə 0:0 hesabı ilə başa çatıb.

Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol IV turda vurulub - 9 top (orta məhsuldarlıq - 1.50).

Qeyd edək ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün XXIX turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1.20 olub.

Избранный
24
16
azreform.info

10Источники