RU

Rusiya Ukrayna müharibəsi buna görə bitmir ŞOK SƏBƏB KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“2026-cı ilin sonuna qədər Rusiya-Ukrayna müharibəsinin bitməı ehtimalı ilə bağlı müxtəlif proqnozlar səsləndirilsə də, prosesin yaxın vaxtda yekunlaşacağı inandırıcı görünmür”.

Bunu politoloq Elçin Xalidbəyli KONKRET.az-a açıqlamasında bildirib.

“İndiyədək Rusiya-Ukrayna müharibəsinin başa çatacağı ilə bağlı dəfələrlə ehtimallar irəli sürülüb və hətta konkret vaxt intervalları açıqlanıb, lakin bu proqnozların heç biri özünü doğrultmayıb. ABŞ prezidenti Donald Tramp də əvvəlcə müharibəni bir günə, daha sonra bir aya və üç aya dayandıracağını bildirsə də, bu vədlər reallaşmayıb və savaş davam edir”.

Politoloq hesab edir ki, müharibənin uzanmasının əsas səbəbi Moskvanın imperialist mövqedən çıxış etməsidir.

“Kreml qlobal mövqelərini möhkəmləndirmək və siyasi təsir imkanlarını artırmaq məqsədilə Ukrayna üzərində nəzarəti gücləndirməkdə maraqlıdır. Bu səbəbdən Rusiya üçün müharibənin nəticəsi beynəlxalq arenada siyasi iradəsini diktə edə biləcəyi formada olmalıdır.

Qlobal məkanda Rusiyanın tələbləri ilə razılaşmaq istəməyən qüvvələr kifayət qədərdir və xüsusilə Avropa dövlətləri Moskvanın bu müharibədən qalib çıxmasını təhlükəli hesab edir. Belə bir ssenari gələcəkdə digər Avropa ölkələri üçün risk yarada bilər. Buna görə də Avropa dövlətləri Ukraynanın məğlub olmamasında maraqlıdır”.

Ekspert əlavə edib ki, mümkün sülh sazişi imzalanacağı halda ilk növbədə Rusiyanın Ukraynaya yenidən hücum etməyəcəyinə dair təminat verməsi tələb olunur.

“Lakin Moskva belə öhdəlik götürməyə hazır görünmür və müharibənin dayandırılması ilə bağlı geniş müzakirələrə maraq göstərmir.

Rəsmi Kiyev Rusiyanın əsas tələbləri sırasında yer alan Donbas və Zaporojye bölgələrinin verilməsi variantını qəbul etmək niyyətində deyil. Bu məsələ ətrafında müxtəlif siyasi razılaşmaların mümkünlüyü barədə iddialar səslənsə də, Ukrayna və Avropa ölkələri buna müqavimət göstərir.

Eyni zamanda, Avropa İttifaqı-nin 2027-ci ilə qədər Ukraynanı qismən üzvlüyə qəbul etmək niyyəti də regionda geosiyasi gərginliyi artıran amillərdən biri kimi qiymətləndirilir”.

Politoloq qeyd edir ki, birlik ölkələrinin əksəriyyəti NATO üzvüdür və Ukraynanın Avropa strukturlarına inteqrasiyası Rusiyanın gələcək hərbi addımlarını çətinləşdirə bilər.

“Mövcud ziddiyyətlər və tərəflərin strateji məqsədləri nəzərə alınarsa, müharibənin qısa müddətdə başa çatması real görünmür və prosesin hələ uzun müddət davam edəcəyi ehtimal olunur”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
71
1
konkret.az

2Источники