RU

"Torqovı"da baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Lev Tolstoy küçəsindəki yanğın tam söndürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilib.
 
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş verən yanğın tam söndürülüb.
 
14:21
 
Lev Tolstoy küçəsində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.
 
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
 
12:06
 
Səbail rayonu, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alanlar var.
 
Oxu.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, iki nəfər (bir qadın, bir kişi) müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
 
11:58
 
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Səbail rayonu, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Açıqlamada qeyd olunub ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir, əlavə məlumat veriləcək.
 
Yanğınla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti də məlumat yayıb.
 
Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
 
11:47
 
Bakının mərkəzində mənzildə yanğın başlayıb.

Moderator.az oxu.az-a istinadən xəbər verir ki, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində mənzil yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Избранный
46
11
moderator.az

10Источники