RU

Mixeil Kavelaşvili: Xarici qüvvələrin təzyiqi və şantajı regionda prosesləri gərginləşdirməyə xidmət edir

Tbilisi, 17 fevral, AZƏRTAC

Bu gün beynəlxalq ictimaiyyət 2025-ci ilin dünya üçün dönüş nöqtəsi olduğunu görür. Artıq aydındır ki, beynəlxalq nizam kökündən dəyişir və ölkələr milli maraqlarını təmin etmək və strateji məqsədlərə çatmaq üçün diplomatik yanaşmalarla paralel olaraq sərt gücdən getdikcə daha çox istifadə edirlər.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Parlamentə illik hesabatını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, ötən il Gürcüstan ətrafında baş verən hadisələr təsdiqlədi ki, son illərdə açıq şəkildə müzakirə edilən təhdid və çətinliklər real idi. Bu gün bir daha da aydın olur ki, daxili aktorlardan istifadə edən xarici qüvvələrin təzyiq və şantajı Gürcüstanda və bütövlükdə regionda prosesləri gərginləşdirməyə xidmət edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
114
1
azertag.az

2Источники