RU

Cenevrədə keçirilən İran-ABŞ danışıqları nüvə proqramı ilə məhdudlaşır  

Cenevrədə keçirilən İran-ABŞ danışıqlarında diqqət Tehranın nüvə proqramına yönəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilir ki, danışıqlarda İrana qarşı sanksiyaların aradan qaldırılması məsələsi də müzakirə olunur. Məlumata görə, İran diplomatları Vaşinqtonun məhdudlaşdırılmasını tələb etdiyi uran zənginləşdirmə proqramını saxlamaqda israr ediblər.

İran və ABŞ nümayəndələri arasında danışıqların ikinci mərhələsi Omanın Cenevrədəki diplomatik nümayəndəliyində keçirilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, siyasi işlər üzrə nazir müavini Məcid Təxt-Rəvançi, hüquqi və beynəlxalq işlər üzrə nazir müavini Kazem Qəribabadi, iqtisadi diplomatiya üzrə nazir müavini Həmid Qənbəri, eləcə də texniki, hüquqi və iqtisadi məsələlər üzrə mütəxəssislər daxildir.

ABŞ Dövlət katibi Marko Rubio İranla razılığa gəlməyin asan olmayacağını, lakin Vaşinqtonun buna nail olmaq üçün bütün səylərini əsirgəməyəcəyini bildirib.

Избранный
77
1
azerbaijan-news.az

2Источники