ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Teleqram sosial şəbəkəsinin ölkə ərazisində tamamilə bloklanmasını 1 aprel tarixində həyata keçirə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Sözügedən tarixdən etibarən platformanın nə mobil internet, nə də digər şəbəkələr vasitəsilə yüklənməsinin mümkün olmayacağı bildirilir.
O cümlədən, İnstaqram və Feysbuk sosial şəbəkələrindən də Teleqrama keçid bloklanacaq.
Qeyd edək ki, 1 aprel dünyada Gülüş günü kimi qəbul edilir.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.