RU

Tələbələr MEK də istehsalat təcrübəsinə başlayıblar

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 fevral, AZƏRTAC

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin IV kursunda təhsil alan ümumilikdə 63 tələbə istehsalat təcrübəsinə başlayıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan bildirilib. MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov təcrübə zamanı tələbələrin fəal olmalarının, məsuliyyətli yanaşmalarının və yeni bacarıqlar əldə etmələrinin gələcək peşə fəaliyyətləri baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Direktor onların kitabxana-informasiya sahəsində praktiki təcrübə qazanmaqla yanaşı, elektron kitabxanada nəşrlərin rəqəmsallaşdırılması prosesində, eləcə də inklüziv kitabxana sistemində audioresursların hazırlanmasında yaxından iştirak edəcəklərini vurğulayıb.

Daha sonra rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev tələbələri kitabxana ilə yaxından tanış edib, MEK-in strukturu, fəaliyyət istiqamətləri və elektron xidmətləri barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
76
azertag.az

1Источники