RU

Gəncə Lokomotivlərin Təmiri Deposunun mühəndisi qəza törədib VİDEO FOTO

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi xidməti avtomobillə qəza törədib.

Bu barədə Oxu.Az-a müraciət və videogörüntü daxil olub.

Gəncə Lokomotivlərin Təmiri Deposunun mühəndisi qəza törədib - VİDEO - FOTO

Daxil olan müraciətdə iddia edilib ki, Tərlan Əhmədov adlı şəxsin qəza törətməsinə səbəb onun sükan arxasına sərxoş vəziyyətdə əyləşməsi olub.

"Axşam saatlarında təzə depoya gedən yolda maşını işıq dirəyinə çırpıb və nəticədə dirək aşıb", - deyə məlumatda bildirilir.

Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev faktı təsdiqləyib.

"Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun 13 fevral tarixində axşam saatlarında Zülfü Hacıyev küçəsi, 1 ünvanında, Qərb vaqon deposunun yaxınlığında idarə etdiyi GWM markalı 77-YT-473 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qəza törətməsi ilə bağlı araşdırma aparılıb.

Məlum olub ki, hadisəyə səbəb avtomobilin qarşısına qəfildən it çıxması olub.

T.Əhmədov heyvanı vurmamaq məqsədilə həmin vaxt saatda 37 km sürətlə idarə etdiyi avtomobilin sükanını kənara yönəldib, nəticədə nəqliyyat vasitəsinin ön sol təkəri yoldakı çuxura düşüb, idarəetmə itirilib və avtomobil yaxınlıqdakı işıq dirəyinə çırpılıb. Hadisə barədə aidiyyəti üzrə məlumat verilib", - deyə B.Hacıyev vurğulayıb.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
50
oxu.az

1Источники