RU

"Fənərbaxça" Depay üçün danışıqlara başladı

Bakı. Trend:

"Korintians"ın futbolçusu Memfis Depay Avropaya geri qayıdabilər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya “Fənərbaxça”dantəklif gəlib.

Niderlandlı isə qərar verməyə tələsmir. Çünki onun “Əl-Əhli”,“Əl-Şabab”(hər ikisi Səudiyyə Ərəbistanı), “Əl-Vasl”(BƏƏ)klublarından da dəvəti var.

"Fənərbaxça" futbolçunun keçidini həll etmək üçün indidəndanışıqlara start verib.

Memfis Depay karyerası ərzində PSV, “Mançester Yunayted”,“Lion”, “Barselona” və “Atletiko” klublarında çıxış edib.

Məqalədə:
Избранный
66
2
az.trend.az

3Источники