Qazaxıstanın Almatı vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Esik şəhərindən 28 km şərqdə 13 km dərinlikdə qeydə alınıb.
Dağıntı və itki barədə məlumat verilməyib.