RU

Roşka nın məhkəməsi təxirə düşdü

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Globalinfo.az bildirir ki, “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili Mircəlal Muradlı müvəkkilinin ev dustaqlığına buraxılması və məhkəməyə təqdim olunan videogöruntülərin eksperizadan keçirilməsi ilə bağlı vəsatət verib.

Müşavirədən sonra qərar açıqlanıb.

Rövşən Süleymanzadənin ev dustaqlığına buraxılması təmin olunmasa da, onunla bağlı təqdim olunan videogörüntülərin ekspertizaya göndərilməsi qərara alınıb.

Növbəti proses martın 3-nə təyin olunub.

Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
89
1
globalinfo.az

2Источники