RU

Ağsu rayonunda iməclik aksiyası keçirildi - FOTO

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində 17 fevral 2026-cı il tarixində YAP Ağsu rayon təşkilatının, Ağsu rayonu Gənclər və İdman Sektorunun və Ağsu rayon Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə Ağsu şəhərində yerləşən “Bayraq meydanında”  təmizlik və iməclik aksiyası keçirilmişdir.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının əməkdaşları və fəalları, o cümlədən Ağsu rayon Gənclər və İdman Sektorunun və Ağsu rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və könüllüləri iştirak ediblər.

Aksiya zamanı ərazi məişət tullantılarından, qurumuş yarpaq və budaqlardan təmizlənib, toplanmış tullantılar daşınaraq ərazidən uzaqlaşdırılıb. Həmçinin ətrafda səliqə-sahman yaradılıb və ümumi abadlıq işləri görülüb.

Keçirilən aksiya əhalidə təmizlik və ətraf mühitə həssas münasibətin formalaşdırılmasına xidmət edir.

222222222222
Избранный
112
redaktor.az

1Источники