RU

Əfsanə PSJ-ni tərk edir?

PSJ-nin müdafiəçisi Markinyoş komandada əsas fiqurlardan biri olmasına və 2028-ci ilə qədər müqaviləsinin qüvvədə olmasına baxmayaraq, gələcəyi ilə bağlı düşünür.

Publika.az xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı Pro Liqasının klubları və Braziliya təmsilçiləri 31 yaşlı futbolçunu transfer etməyə çalışsalar da, Fransa nəhənginin kapitanı bu təkliflərə cavab verməyib. Bununla belə, braziliyalı müdafiəçinin yaxın dostlarına Qətər Ulduzlar Liqasına keçməyə maraqlı olduğunu bildirdiyi qeyd olunur.

Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi klubun əfsanəsinə çevrilən futbolçunun gələcəyi ilə bağlı qərarı baş məşqçi Luis Enrikeyə həvalə edəcək.

Избранный
52
publika.az

1Источники