RU

Almaniya iqtisadiyyatında tənəzzül Sənaye sektorunda kütləvi ixtisarlar

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Ötən il Almaniyanın sənaye müəssisələri 124 min əməkdaşı işdən azad edib.

Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi EY konsaltinq şirkətinin təhlilinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu rəqəm ümumi işçi heyətinin 2.3%-nə bərabərdir. 2025-ci ildə ixtisarların miqyası 2024-cü illə müqayisədə təxminən iki dəfə artıb.

Ən çox işdən çıxarma halları avtomobil sənayesində qeydə alınıb. Bu sahədə il ərzində təxminən 50 min işçi vəzifəsini itirib.

EY eksperti Yan Brorhilker araşdırmanın nəticələrini belə şərh edib:

"Almaniya sənayesi dərin böhran içindədir. İşçi qüvvəsinin ixtisarının qarşısını almaq üçün real və hiss olunacaq iqtisadi sıçrayışa ehtiyac var".

Hesablamalara görə, 2019-cu ildən bəri Almaniyanın sənaye sektorunda çalışanların sayı 266 min nəfər və ya 5% azalıb. Ən çox ixtisar avtomobil istehsalı sektorunda müşahidə olunub. Ötən ilin sonuna olan məlumata görə, bu sahədə altı il əvvəlkinə nisbətən 13% daha az işçi çalışıb.

Tekstil və metallurgiya sənayesi də oxşar miqyaslı ixtisarlarla üzləşib.

Ekspertlər hesab edirlər ki, sənaye şirkətləri sifarişlərin aşağı səviyyədə olması və qlobal bazardakı yüksək rəqabət səbəbindən ştatları ixtisar etməyə davam edəcəklər. Tədqiqat müəlliflərinin fikrincə, hiss olunacaq müsbət dəyişikliklər yalnız 2027-ci ildə, müdafiə və infrastruktura ayrılan dövlət xərclərinin artırılması öz təsirini göstərdikdə baş verə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
95
oxu.az

1Источники