RU

Makronun Hindistanda qəribə hərəkəti gündəm oldu: Həyat yoldaşını tək qoyub...

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo sosial mediada Fransa prezidenti Emmanuel Makronun Hindistan hava limanındakı davranışını lağa qoyub.

Publika.az bu barədə Rusiya mətbuatına istinad edib.

Təyyarənin qapısı açılanda dövlət başçısı qəfildən içəri çəkilib və həyat yoldaşı Briciti açıq qapının qarşısında tək qoyub.

"Təyyarədə əslində nə baş verib?!", - deyə Filippo sual verib.

İnternetdə yayılan görüntülərdə Makronun təyyarənin salonuna girdiyi, Bricitin isə açıq qapının qarşısında tək dayandığı görünür. Daha sonra birinci xanım təyyarənin heyət üzvünə tərəf dönüb onunla söhbət edir. Bir müddət sonra prezident qayıdır və yalnız bundan sonra cütlük pilləkənlərdən enməyə başlayır.

Избранный
54
publika.az

1Источники