RU

​“Mənimlə it kimi rəftar etdilər” -

“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimen bu gün “Yuventus”la oynanılacaq matçdan əvvəl İtaliya mediasına açıqlama verib. O, İstanbul klubunun şərəfini qorumaqdan qürur duyduğunu bildirib.
Metbuat.az xəbər verir ki, xarici jurnalistə açıqlamasında Osimen Türkiyəni çox sevdiyini deyib.26 yaşlı hücumçu karyerasını İstanbulda davam etdirdiyi üçün çox xoşbəxt olduğunu vurğulayıb: “Türkiyəni, İstanbulu sevməmək mümkün deyil. Yaxşı ki, “Qalatasaray”a gəldim. “Qalatasaray” mənim ailəmdir. Burda azarkeş tamam fərqlidir. “Qalatasaray” azarkeşinin sevgisi heç vaxt tükənmir”.

Təcrübəli hücumçu “Napoli” ilə yaşadığı konflik haqda da danışıb. Qeyd edib ki, İtaliya klubunun rəhbərliyi ona qarşı hörmətsiz davranıb: “Gələn yay klubdan ayrıla biləcəyimlə bağlı bir centlmen razılığımız vardı, amma qarşı tərəf bu öhdəliyi tam yerinə yetirmədi. Məni hər yerə oynamağa göndərdilər, mənimlə it kimi rəftar etdilər. Bura get, ora get, onu et, bunu et... Karyeramı qurmaq üçün çox çalışdım, bu cür münasibəti qəbul edə bilməzdim. İndi çox xoşbəxtəm”.

Избранный
104
metbuat.az

1Источники