RU

Bu tarixdə "Telegram" bloklanacaq

"Telegram" messenceri Rusiyada aprelin 1-dən etibarən tamamilə bloklanacaq.

Publika.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Media Sahələrinə Nəzarət üzrə Federal Xidmət (Roskomnadzor) "İnstagram" və "Facebook"da etdiyi kimi, aprelin 1-də "Telegram" messencerinin tam bloklanmasına başlayacaq.

"Tədbir bütün Rusiya ərazisində tətbiq olunacaq. Tətbiq nə mobil şəbəkələr, nə də sabit internet sistemləri vasitəsilə yüklənəcək", - deyə məlumatda vurğulanıb.

"Agentliyin bu məsələ ilə bağlı əvvəllər dərc olunmuş məlumata əlavə edəcək bir şey yoxdur", - "Roskomnadzor" "Baza"nın məlumatından sonra belə şərh verib.

Избранный
16
8
publika.az

9Источники