RU

"Gecə klubunda olanlardan biri mənəm, Xalq artistini görmüşəm"  

Müğənni Günel Ələkbərova gecə klublarında çıxış edən sənətçilərin tənqid olunmasına kəskin reaksiya verib. O, bu növ məkanlarda ifa etməyin müğənninin nüfuzuna xələl gətirmədiyini bildirib.


Demokrat.az-ın milli.az-a istinadla məlumatına görə Günel qeyd edib ki, gecə klublarında oxuyan müğənnilərdən biri də özüdür və orada tanınmış sənətkarları dəfələrlə görüb:

"Gecə klubunda oxuyan müğənnilərdən biri mənəm. Orada gecə saat 1-2-də Xalq və əməkdar artistləri də görmüşəm. Oradakı dinləyicilər yadplanetli deyil. Sənətkarlara tələbat var, dəvət edirlər, onlar da çıxış edir. Nəyi pisdir ki? Həmin məkanlarda Nisə Qasımova, Nazpəri Dostəliyeva və Təranə-Musa cütlüyü çıxış edib, mən də görmüşəm".

İfaçı bu məkanlara qarşı cəmiyyətdəki birmənalı olmayan yanaşmanı da tənqid edib:

"Kimin ağlında gecə klubu ilə nə travması var bilmirəm. Ora da ifa etmək üçün məkandır".

Sənətçinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Bəzi istifadəçilər ona haqq versə də, bəziləri fərqli düşüncələrini bölüşüblər.
Избранный
45
yenilik.az

1Источники