Rusiya prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşev Avropaya Rusiya gəmilərinin ələ keçirilməsi ilə bağlı xəbərdarlıq edib.
Publika.az Rusiya mediasına istinadən xəvər verir ki, hərbi müdaxilə siqnalı verən Patruşev bildirib ki, Rusiya bu vəziyyətin qarşısını almaq üçün donanmadan istifadə edə bilər.
"Əgər biz qətiyyətli cavab verməsək, Britaniya, Fransa və hətta Baltikyanı ölkələr də tezliklə bizim dənizlərə, Atlantik okeanına çıxışımızı bloklamağa çalışa bilərlər", - deyə o vurğulayıb.