RU

Müttəfiqindən Ukraynaya xoş xəbər

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Latviya Ukraynaya 10 milyon avro ayırmaq qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Latviyanın Baş naziri Evika Silina məlumat verib.

Onun sözlərinə görə, vəsait Ukrayna tərəfi üçün silah və avadanlıqların alınmasına sərf olunacaq.

Nazir əlavə edib ki, satınalmalar Latviyanın strateji tərəfdaşı olan ABŞ-dan həyata keçiriləcək.

Bundan əvvəl ABŞ-ın NATO- dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, ABŞ PURL mexanizmi çərçivəsində Ukraynaya özünümüdafiə üçün kifayət qədər silah təmin etməyə davam edir.

Daimi Nümayəndə bildirib ki, Rusiya və Ukrayna münaqişənin həlli üçün razılığa gəlməlidirlər.

Metyu Uitaker həmçinin qeyd edib ki, Almaniya, Niderland və Norveç PURL təşəbbüsü çərçivəsində Amerikanın Ukraynaya silah tədarükündə ən böyük töhfə verənlərdir. O, həmçinin sülh müqaviləsi imzalanana qədər Vaşinqtonun Ukraynaya silah tədarükünü davam etdirəcəyinə söz verib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
62
globalinfo.az

1Источники