RU

ABŞ-da vətəndaş hüquqları müdafiəçisi Cessi Cekson vəfat edib

ABŞ-da vətəndaş hüquqları hərəkatının tanınmış simalarından olan Cessi Cekson dünyasını dəyişib.

Editor.az xəbər verir ki, o, Parkinson xəstəliyinə bənzər, proqressiv nevromüskulyar pozuntu sayılan “proqressiv supranüklear iflic” diaqnozu ilə 12 noyabr tarixində xəstəxanaya yerləşdirilmişdi. Xəstəlik zaman keçdikcə onun səsini zəiflətmiş, hərəkət qabiliyyətini isə ciddi şəkildə məhdudlaşdırmışdı.

Cessi Cekson iki dəfə Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürmüş, illər ərzində beynəlxalq miqyasda tanınan və ən nüfuzlu afroamerikalı hüquq müdafiəçilərindən biri kimi qəbul olunmuşdu.

Səhhətindəki ağırlaşmalara baxmayaraq, ictimai fəaliyyətini dayandırmamışdı. 2021-ci ildə Senatda tətbiq olunan “filibaster” (müzakirələrin uzadılması) qaydasına etiraz etdiyi üçün iki dəfə saxlanılmışdı. Həmin il həyat yoldaşı Jaklin Cekson ilə birlikdə COVID-19-un fəsadları səbəbindən Çikaqoda xəstəxanaya yerləşdirilmişdi.

//Gülnarə Abasova, Editor.az

Избранный
119
editor.az

1Источники