RU

Suverenlik kodu: Medvedev Rusiya elitasına sirli mesaj göndərdi

"Vahid Rusiya" partiyasının sədri və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev siyasi qüvvənin Dövlət Duması seçkilərinə aparacağı yeni milli inkişaf strategiyasının formalaşmasının başlandığını elan etdi.

Publika.az xəbər verir ki, "Rusiya dövlətçiliyinin əsasları" kursunun məzunlarına müraciətində o, mövcud qarşıdurmanın əsas mənasını müstəqil yol hüququ uğrunda mübarizə kimi müəyyən edib.

Siyasətçinin sözlərinə görə, bu gün Rusiya hərbçiləri "müstəqil xarici siyasət və daxili siyasətdə muxtariyyət" uğrunda mübarizə aparırlar.

Medvedev “Max” messenger tətbiqində paylaşdığı videoda vurğulayıb:

“Bu gün hərbçilərimizin mübarizə apardığı suverenlik məhz budur".

Избранный
43
publika.az

1Источники