Yeməkdən sonra şirniyyat istehlakı sağlamlığımızın əsas düşmənlərindən biridir.
Publika.az xəbər verir ki, "George Mason" Universitetinin (Virciniya) biologiya elmləri doktoru Ancha Baranov bu vərdişdən qurtulmağın yollarını sadalayıb.
Onun sözlərinə görə, bəzən hətta çox yemək yesək belə, bədənimiz yeməkdən sonra şirniyyat tələb edir.
"Şirniyyatlar beynimizdə mükafat kimi qəbul edilir, bununla da dopamin və ya endorfinlər istehsal olunur. Buna görə də, hətta yaxşı qidalanan insan belə dadlı bir şey istəyə bilər", - deyə o qeyd edib.