RU

İsrail ordusunun döyüş bölgəsində partlayış olub, bir fələstinli uşaq ölüb

İordan vadisində partlamamış hərbi sursatların partlaması nəticəsində bir fələstinli uşaq ölüb, ikisi isə yaralanıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun əsgərləri hadisə yerinə gedib və xəsarət alan fələstinli uşaqlara tibbi yardım göstərib.

Məlumata görə, hadisə uşaqlar partlayıcı maddələrlə oynayan zaman baş verib.

İsrail Müdafiə Qüvvələri vurğulayıb ki, “bu sahə atəş zonası hesab olunur və yüksək təhlükə səbəbindən giriş qəti şəkildə qadağandır”.

Избранный
96
1
apa.az

2Источники