RU

Azərbaycanın meyvə-tərəvəz ixracı artıb, xarici ticarət dövriyyəsi isə azalıb

Bu ilin yanvarında Azərbaycan 79 milyon 689 min ABŞ dolları dəyərində 60 min 692 ton meyvə və tərəvəz ixrac edib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 19 milyon 201 min ABŞ dolları (31,7 %) artım, həcm baxımından 2 min 619 ton (4,5 %) artım deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 29,7 % təşkil edib.

Ötən ay ölkənin ümumi xarici ticarət dövriyyəsi 3 milyard 538 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 30,5 % azalma deməkdir.

Ticarət dövriyyəsinin  2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları idxalın payına düşüb.

Son 1 ildə ixrac 26,4 %, idxal isə 36,5 % azalıb. Nəticədə xarici ticarətdə 934 milyon ABŞ dolları müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 5,3 % azdır.

Gülnar 

Избранный
18
4
anews.az

10Источники