RU

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

Bakı Dövlət Universitetində (BDU) rəqəmsallaşma istiqamətində həyata keçirilən tədbirlərin daha sistemli və strateji əsasda inkişaf etdirilməsi məqsədilə fəaliyyət planı mərhələli olaraq təkmilləşdirilir.

QHT.az xəbər verir ki, bununla bağlı BDU Elmi Şurası müvafiq qərar qəbul edib. BDU-nun rektoru Elçin Babayev bildirib ki, 2026-cı il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Müşavirədə dövlət başçısının süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma və bu sahədə kadr hazırlığı ilə bağlı səsləndirdiyi strateji tapşırıqlar ali təhsil müəssisələrinin üzərinə də mühüm vəzifələr qoyur.

Избранный
51
2
qht.az

3Источники