RU

Aİ-də Rusiyaya qarşı 20-ci sanksiya paketi ilə bağlı fikir ayrılıqları dərinləşir

Avropa İttifaqında Rusiyaya qarşı hazırlanmış 20-ci sanksiya paketi ətrafında ciddi mübahisələr yaranıb. Bir sıra üzv dövlətlər yeni məhdudiyyətlərin məzmunu və mümkün nəticələri ilə bağlı narahatlıq ifadə edirlər.

NOCOMMENT.az xəbər verir ki, Bloomberg nəşrinin yaydığı məlumata əsasən, İtaliya və Macarıstan Brüsselin təklif etdiyi bəzi tədbirlərə şübhə ilə yanaşır. Söhbət Aİ-nin versiyasına görə, Rusiya neftinə tətbiq olunan ticarət məhdudiyyətlərindən yayınmaq üçün istifadə olunduğu iddia edilən Gürcüstan və İndoneziyadakı limanlara, eləcə də Kubadakı bir banka qarşı sanksiyaların tətbiqindən gedir.

Məlumata görə, Yunanıstan və Malta da yeni təşəbbüslərlə bağlı ehtiyatlı mövqe sərgiləyir. Həmin ölkələr Rusiya neftinə tətbiq olunan qiymət tavanının dəniz xidmətlərinə tam qadağa ilə əvəzlənməsi ideyasından narahatdırlar. Bu addımın onların gəmiçilik və dəniz daşımaları sektoruna mənfi təsir göstərə biləcəyi bildirilir.

Avropa İttifaqı yeni sanksiya paketini bu ay ərzində təsdiqləməyi planlaşdırır. Lakin Aİ qaydalarına əsasən, qərarın qəbul olunması üçün birlikdə təmsil olunan bütün üzv dövlətlərin razılığı tələb olunur. Bu isə hazırkı fikir ayrılıqları fonunda prosesin uzana biləcəyini göstərir.

Sara

Избранный
112
nocomment.az

1Источники