RU

İran və ABŞ təməl prinsiplər üzərində razılığa gəldi

İran və ABŞ təməl prinsiplər üzərində razılığa gəldi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə təməl prinsiplər üzərində razılığa gəldiklərini açıqlayıb. İki tərəf potensial saziş sənədləri üzərində işləyəcək və onları qarşılıqlı şəkildə bölüşəcək.

Cenevrədə keçirilən nüvə danışıqlarının ikinci turunda İran və Amerika Birləşmiş Ştatları prosesin davamı üçün bələdçilik edəcək təməl prinsiplər üzərində uzlaşma əldə ediblər. İranın xarici işlər naziri Abbas Əraqçi görüşlərdən sonra verdiyi açıqlamada bildirib ki, qeydə alınan irəliləyiş yaxın vaxtlarda yekun sazişin imzalanacağı mənasına gəlmir, lakin müəyyən bir yol açılıb.

Danışıqlar davam etdiyi bir vaxtda İran dövlət mediası strateji əhəmiyyətə malik Hörmüz boğazının bir hissəsinin təhlükəsizlik səbəbi ilə qısa müddətə nəqliyyat üçün bağlanacağını duyurub. İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bölgədə hərbi təlim keçirdiyi müddətdə qəbul edilən bu qərar, qlobal neft daşımalarının beşdə birinin keçdiyi marşrutda hərəkətliliyə səbəb olub.

ABŞ-ın Tehranı güzəştə getməyə məcbur etmək məqsədilə Körfəz bölgəsinə döyüş qüvvələri göndərdiyi bir dönəmdə atılan bu addım regionda gərginliyi yüksək səviyyədə saxlamağa davam edir.

Tərəflər arasındakı dialoq kanallarının açıq qalması müsbət addım kimi qiymətləndirilsə də, nüvə dosyesi üzrə texniki işlərin hələ də davam etdiyi qeyd olunur.

Избранный
67
afn.az

1Источники