RU

Pereyra ''Fənərbaxça''ya qarşı oyun haqda nələr dedi?

Məlum olduğu kimi Avropa Liqasının pley-offunda ''Fənərbaxça'' ilə ''Nottingem Forest'' qarşılaşacaq. İlk görüş fevralın 19-da İstanbulda keçiriləcək.

Maraqlıdı ki, məhz bu oyundan öncə ingilislərin başına ''Fənər''in sabiq çalışdırıcısı Vitor Pereyra gətirilib. Portuqaliyalı mütəxəssis iki fərqli dönəmdə İstanbul nəhəngini çalışdırıb. Amma hər iki halda uğursuzluğa düçar olaraq qarşıya qoyulan hədəfə çata bilməyib. Pereyra qarşıdan gələn oyunla bağlı ''Forest TV''yə açıqlamalar verərək bunları deyib:

''Çox qürurluyam. Bu böyük ailənin bir parçası olmaq mənim üçün fəxrdi. Güclü ruha sahib komandamız var. Amma indi çalışmaq zamanıdı. Hər cür şəraitə və yaxşı oyunçulara sahibik. Artıq öz oyun dəsti-xəttimizi formalaşdırmaq vaxtıdı. Debüt matçımın sabiq klubuma qarşı olması xoş təsadüfdü. ''Fənər''də iki fərqli dönəmdə işləmişəm və orda fanatlarla yaxşı münasibətlərim olub. Gözəl xatirələrimin olduğu yerə dönmək maraqlı olacaq. Təbii ki, özəl bir durumdu. Amma indi komandanı toparlamaq və rəqibi incələmək zamanıdı. ''Fənərbaxça'' güclü komandadı və onlara qətiyyən asan rəqib gözü ilə baxmaq olmaz. Mən komandama, heyətimizə və fanatlarımıza güvənirəm. Mərhələni keçə bilərik. Ora yalnız bərabərlik üçün getsək, bunun acısını çəkə bilərik. Çünki bu, düzgün yanaşma tərzi olmaz. ''Fənərbaxça''nın stadionundakı ab-havanı bilirəm və fanatların oyuna təsir gücündən məlumatım var. Ora qorxmadan getməli, çətinliklə başa çıxmalı və özümüzü sübut etməliyik. Futbol cəsur oyundu. Futbolçular öz oyunlarını rəqibə qəbul etdirməlidi''.
Избранный
101
1
football-plus.az

2Источники