İran hərbi təlimlərlə əlaqədar Hörmüz boğazının bir hissəsini bağlayacaq
İran, davam edən hərbi təlimlər çərçivəsində təhlükəsizlik səbəbləri ilə Hörmüz boğazının bir hissəsinin bu gün bir neçə saatlıq bağlanacağını açıqladı.İran dövlət televiziyası İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazı və Fars körfəzindəki təlimlərinin əsas mərhələsinin başladığını elan etdi. Təlim çərçivəsində təhlükəsizlik səbəbləri ilə Hörmüz boğazının bir hissəsinin bir neçə saatlıq bağlanacağı bildirilib.
ABŞ administrasiyasının İrana hücum təhdidlərindən sonra və Tehranla davam edən danışıqlara baxmayaraq, İran dünən təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaq üçün Fars körfəzi və Hörmüz boğazında hərbi təlimə başladığını elan etdi.
Təlimdə İnqilab Keşikçiləri Korpusunun dənizdən gələn potensial təhdidlərə sürətli, qətiyyətli və hərtərəfli cavab vermək qabiliyyətinə diqqət yetirildiyi bildirilir.
Hörmüz boğazı dünya neft ticarətinin əhəmiyyətli bir hissəsinin keçdiyi strateji tranzit nöqtəsi kimi tanınır. İran ABŞ ilə potensial müharibə halında Hörmüz boğazını bağlayacağını bildirib.