RU

Rusiya ordusu xüsusi hərbi əməliyyat zonasında Starlink dən istifadə edib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəsmi Moskva xüsusi hərbi əməliyyat zonasında "Starlink"dən istifadə etdiyini etiraf edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi Valeri Tişkov Ukrayna müharibəsi zonasında “Starlink”dən yalnız ayrıca Rusiya bölmələrinin istifadə etdiyini açıqlayıb.

Onun sözlərinə görə, həmin bölmələr "Starlink"dən əsasən Ukrayna ordusunu çaşdırmaq və müdafiəsinə dərin zərbə vurmaq üçün istifadə edib.

"Komanda və idarəetmə mərkəzlərindəki zabitlər bütün müasir yerli istehsal rabitə xidmətləri ilə təmin olunurlar. Döyüş idarəetmə sistemi dayanıqlı şəkildə işləyir", - o deyib.

Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko isə "Starlink" terminallarının bağlanmasının xüsusi hərbi əməliyyat (SVO) zonasındakı Rusiya qoşunlarının komandanlıq və idarəetmə sisteminə təsir etmədiyini açıqlayıb.

O, mövcud rabitə və komandanlıq və idarəetmə sistemlərinin təhlükəsiz kanallar vasitəsilə sabit məlumat mübadiləsini təmin etdiyini vurğulayıb.

"“Starlink” terminalları iki həftədir ki, söndürülüb, lakin bu, pilotsuz sistemlərin intensivliyinə və effektivliyinə təsir etməyib", - nazir müavini deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
apa.az

2Источники