İran hakimiyyəti uranın zənginləşdirilməsini dayandırmağa, həmçinin ehtiyatlarının bir hissəsini xaricə çıxarmağa hazır olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, iranlı rəsmilər regional tərəfdaşları ilə söhbətlərində uranın zənginləşdirilməsindən üç ilə qədər müddətə imtina etməyə hazır olduqlarını bildiriblər. Bundan əlavə, Tehran zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini "Rusiya kimi üçüncü tərəfə" təhvil vermək imkanını da istisna etməyib.
Fevralın 16-da İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ-ın aparıcı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşündə İranı uranı zənginləşdirmək üçün hər hansı bir imkandan məhrum etməyə çağırıb.