RU

Keyn bu göstəricidə Ronaldonu geridə qoydu

style='margin-bottom:10px;'>

“Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyn Bundesliqanın 22-ci turunda “Verder”lə matçda (3:0) dubl edərək karyerasında 500-cü qoluna imza atıb.

QOL.az "Transfermarket"ə istinadən xəbər verir ki, təcrübəli forvard bu göstəriciyə 743-cü oyununda nail olub. Bununla da Keyn 21-ci əsrdə 500 qol həddinə ən tez çatan futbolçuların siyahısında üçünçü pilləyə yüksəlib.

Reytinq cədvəlinə "İnter Mayami"nin hücumçusu Lionel Messi başçılıq edir. Argentinalı ulduz 500 qol vurmaq üçün cəmi 632 matça ehtiyac duyub. İkinci pillədə isə "Barselona"nın polşalı fiutbolçusu Robert Levandovski (730 oyun) qərarlaşıb.

Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo isə 500 qol həddini 753 oyuna keçərək reytinqdə dördüncü pillədə yer alıb.

Избранный
19
teleqraf.com

1Источники