RU

Kot-d'İvuar sahillərində nəhəng qaz yatağı kəşf edilib

Kot-d'İvuar sahillərində, Qvineya körfəzində böyük təbii qaz yatağı kəşf edilib.

Moderator.az xəbər verir ki,bu barədə "Business Insider Africa" məlumat yayıb.

Məlumata görə, yataq sahildən 45 km məsafədə, 2 200 metr dərinlikdə yerləşir, qazılan quyunun dərinliyi isə 4 400 metrdir. Qazma işləri İtaliyanın "Eni" şirkəti və Kot-d'İvuarın "Petroci Holding" dövlət şirkəti ilə birgə aparılıb.

"Calao South" adlanan yatağın ehtiyatları təxminən 85 milyard kubmetr qaz və 100 milyon barel kondensat təşkil edir.

Избранный
126
1
moderator.az

2Источники