RU

ABŞ uranın zənginləşdirilməsini bərpa edəcək

ABŞ öz ərazisində, həmçinin fransız tərəfdaşlarının köməyi ilə uranın zənginləşdirilməsini bərpa edəcək.

Publika.az "Reuters"ə istindla xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt məlumat verib.

Qeyd edilib ki, ötən ay nüvə yanacağı istehsalı üzrə ixtisaslaşmış Fransanın "Orano" şirkəti Tennessi ştatında uranın zənginləşdirilməsi zavodunun tikintisi üçün ABŞ Energetika Nazirliyindən maliyyə yardımı qismində 900 milyon dollar vəsait alıb.

Yanvarın 7-də nazir Rayt bildirmişdi ki, Birləşmiş Ştatlarda silah istehsal edən bəzi laboratoriyalar istisna olmaqla, uranın zənginləşdirilməsi ilə məşğul olan şirkət demək olar ki, yoxdur.

Избранный
30
publika.az

1Источники