RU

Ukrayna 201 kvadrat kilometr ərazisini Rusiya qoşunlarından geri aldı

BAKI, 17 fevral. TELEQRAF

Ukrayna son bir neçə gündə 201 kvadrat kilometr ərazini Rusiya qoşunlarından geri ala bilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müharibə Tədqiqatları İnstitutu tərəfindən hazırlanan təhlildə bildirilir.

Qeyd olunur ki, Ukrayna silahlı qüvvələri 2023-cü ilin iyun ayında baş verən əks-hücum əməliyyatından bəri belə qısa müddət ərzində bu qədər ərazini geri almayıb. Geri alınan ərazi, demək olar ki, Rusiyanın dekabr ayında (244 kvadrat kilometr) işğal etdiyi ərazi qədərdir.

"Ukrayna, çox güman ki, Rusiya ordusunun Starlink peyk sisteminə girişi bloklamasından istifadə edir. Rusiya hərbi bloqçularının fikrincə, bu, rabitə və komandanlıq funksiyalarını pozub" - məlumatda qeyd olunur.

Избранный
26
1
teleqraf.com

2Источники