RU

Ukraynada keçmiş nazir həbs edildi - korrupsiyaya görə

Ukraynanın Korrupsiyaya qarşı Ali Məhkəməsi keçmiş ədliyyə naziri Qerman Qaluşenkonu həbs edib. Bu barədə "RBK-Ukrayna" agentliyi məlumat yayıb. Qeyd olunub ki, məhkəmənin qərarı ilə o, 60 sutka müddətinə həbs edilib və 200 milyon qrivna (4,6 milyon dollar) məbləğində girov müqabilində azadlığa buraxılmaq imkanı ilə məhkəmə zalındaca saxlanılıb.

Qaluşenko qərardan narazı qaldığını və apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib. Qeyd edək ki, sonradan Ukrayna Ədliyyə Nazirliyinin rəhbəri təyin edilmiş keçmiş energetika naziri "Enerqoatom" şirkətinin vəsaitlərinin yuyulmasında ittiham olunur. Bildirilib ki, Qaluşenkonu 7 ildən 12 ilədək həbs cəzası gözləyir.

Mətləb

Избранный
16
4
sia.az

5Источники