RU

Ramazan ayının başlanması ərəfəsində Quterreş birliyə və həmrəyliyə çağırıb

Bakı, 18 fevral, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş müqəddəs Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarına müraciət edərək, bu ayın mənəvi düşüncə, dua və sülhə canatma dövrü kimi əhəmiyyətini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Baş katibin sözlərinə görə, Ramazan özündə “ümid və sülhün nəcib təzahürünü” daşıyır, lakin milyonlarla insan üçün bu dəyərlər hələ də əlçatmaz olaraq qalır. Quterreş qeyd edib ki, Əfqanıstandan Yəmənə, Qəzzadan Sudana qədər, eləcə də dünyanın digər bölgələrində insanlar münaqişə, aclıq, məcburi köçkünlük, ayrı-seçkilik və digər ağır sınaqlarla üzləşməyə davam edirlər.

BMT-nin Baş katibi beynəlxalq ictimaiyyəti Ramazanın əsas mesajına diqqət yetirməyə çağırıb: ziddiyyətlərin aradan qaldırılması, əziyyət çəkənlərə yardım göstərilməsi və hər bir insanın hüquq və ləyaqətinin qorunması.

Quterreş xatırladıb ki, hər il Ramazan ayının əvvəlində şəxsi ənənəsinə uyğun olaraq bir müsəlman icmasını ziyarət edir və həmrəylik əlaməti olaraq oruc tutur. “Hər il Ramazanın gətirdiyi sülh və şəfqət ideyasından ilhamlanaraq geri qayıdıram”, – deyə o bildirib.

Избранный
62
4
azertag.az

5Источники