RU

ABŞ həmin təyyarəni SEPAH-ın təlim keçirdiyi əraziyə göndərdi

ABŞ-ın "P-8A Poseidon" sualtı qayıqlara qarşı müdafiə təyyarəsi Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlim keçirdiyi ərazi üzərində kəşfiyyat aparıb.

Publika.az xəbər verir ki, bunu "Flightradar24" servisinin məlumatları təsdiqləyir.

Məlumata görə, patrul təyyarəsi Bəhreyndəki "Şeyx İsa" avia-bazasından havaya qalxıb və bir neçə saat Hörmüz boğazı üzərində dövrə vurub. Bu zaman təyyarə kifayət qədər aşağı hündürlüyə - altı min metrə qədər enib.

İran Hörmüz boğazında mümkün hərbi əməliyyat ssenarilərini məşq edir. "Fars" agentliyinin məlumatına görə, təlimlər zamanı sualtı qayıqlar suüstü hədəflərə zərbə endirmək üzrə məşqlər keçir, həmçinin SEPAH dənizdən və qurudan radioelektron mübarizə vasitələrinə qarşı davamlı olan yeni raketlər buraxır.

Fevralın 17-də SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri bəyan edib ki, ehtiyac yaranarsa, İran ən qısa müddətdə Hörmüz boğazını bağlamağa hazırdır.

Избранный
44
publika.az

1Источники