RU

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi “Domestika.org Beynəlxalq onlayn kurs platformasının istifadəsinin davamlığının təmini-II Mərhələ” layihəsinin icrasına başlayır » AzadMedia.az


“Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün 2025-ci il elan etdiyi qrant müsabiqəsi çərçivəsində 2026-ci ilin fevral ayından etibarən Azərbaycanda sosial və maarifləndirici layihələri dəstəkləmək və inkişaf etdirməklə tərəfimizdən ilk icrası başlayan “Azərbaycanda Gənclərə Yaradıcılıq Bacarıqlarının Öyrədılməsı Məqsədılə Domestıka.Org Beynəlxalq Onlayn Kurs Platformasının Tədbiqi” adlı layihənin davamı məqsədilə “Domestika.org Beynəlxalq onlayn kurs platformasının istifadəsinin davamlığının təmini-II Mərhələ” layihəsinin icrasına başlamışdır.

Layihənin məqsədi gənclərin yaradıcılıq və rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün beynəlxalq təcrübəni yerli kontekstə uyğunlaşdırılmış təlimlər vasitəsilə yaymaq və dayanıqlı təlimçi şəbəkəsi yaratmaqdır. Layihənin ikinci mərhələsində əvvəlki uğurlu nəticələrə əsaslanaraq hazırlanmış silabusdan istifadə ediləcəkdir. Əvvəlcə seçilmiş iştirakçılar üçün “train-the-trainers” proqramı keçiriləcək. Bu proqram onları müasir tədris metodları, interaktiv tapşırıqlar və Domestika.org materiallarının yerli mədəniyyətə uyğunlaşdırılması ilə tanış edəcək. Sonrakı mərhələdə, Yaradıcı platformasının tədris planına uyğun olaraq seçilmiş yeni mövzular (məsələn, rəqəmsal illüstrasiya, sosial media dizaynı, fotoqrafiya, rəqəmsal marketinq və s.) təlimlərə daxil ediləcək. Təlim sessiyalarının Bakı şəhəri, Quba və Lənkəran rayonunda keçirilməsi, eləcə də kurslara məsafədən çıxış imkanı yaratmaqla geniş auditoriyaya çatdırılması nəzərdə tutulur. Proqramın müddəti üç aydır. Bu yanaşma həm yerli təlimçi potensialını artırır, həm də regionlarda uzunmüddətli təsir yaradacaqdır.

Təşəbbüsü həyata keçirərkən layihə komandası yerli təhsil müəssisələri, mədəniyyət təşkilatları və yaradıcı sənayelərin aparıcı mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək niyyətindədir. Yüzdən çox insanın oflayn dərslərdə birbaşa iştirak edə biləcəyi, elektron platformadan istifadə edənlər də daxil olmaqla tələbələrin ümumi sayının iki yüz nəfəri keçəcəyi gözlənilir. Eyni zamanda, sosial həssas qrupların nümayəndələrinin, o cümlədən şəhid ailələri və uşaq evlərinin uşaqlarının proqrama cəlb edilməsinə şəraitin yaradılmasına da xüsusi diqqət yetirilir.

Layihə gənclərin qrafik dizayn, illüstrasiya, musiqi, əl işləri və s. sahələr üzrə peşəkar bacarıqlarını gücləndirmək məqsədi daşıyır. Proqramda ekspertlərlə qarşılıqlı əməkdaşlıq şəklində praktiki məşğələlər, qrup işlərindən ibarət beş əsas təlim kursu nəzərdə tutulur. Hər bir mərhələ başa çatdıqdan sonra əldə edilmiş nəticələrə nəzarət ediləcək və toplanmış məlumatlar yekun hesabata əlavə edilərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və digər maraqlı tərəflərə təqdim ediləcəkdir.

Bu təşəbbüsün yaradıcı sənayelərdə gənclərin potensialını gücləndirmək üçün yeni imkanlar açacağı və ixtisaslı təlimçilər və mütəxəssislərin davamlı şəbəkəsinin formalaşmasına töhfə verəcəyi gözlənilir. Uzunmüddətli perspektivdə bu təlim formatının daha da inkişafına imkan verəcək və yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə səbəb olacaqdır.

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi uzun illərdir ki, gənclərin bacarıqlarının artırılmasına yönəlmiş sosial və maarifləndirici təşəbbüslər həyata keçirir. Ictimai Birliyin zəngin təcrübəsi onlayn öyrənmənin üstünlüklərini canlı ustad dərsləri və ekspert məsləhətləri ilə birləşdirən innovativ yanaşmanın uğurla həyata keçirilməsinə töhfə verəcək.

Bu layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi proqramı çərçivəsində həyata keçirilir və gənclərin yaradıcılıq potensialının inkişafı üçün yüksək keyfiyyətli imkanların yaradılmasına, o cümlədən mədəniyyət sahəsinin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönləmişdir.
Избранный
45
1
azadmedia.az

2Источники