RU

"Telegram" dünya üzrə 187 mindən çox kanal və qrupu bloklayıb

BAKI, 18 fevral. TELEQRAF

"Telegram" administrasiyası platforma qaydalarının pozulmasına görə bir sutka ərzində dünya üzrə 187,3 min kanal və qrupun fəaliyyətini məhdudlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin əvvəlindən etibarən "Telegram"da 7 milyondan çox icma bloklanıb. Ən genişmiqyaslı bloklanma yanvarın 1-də qeydə alınıb, həmin gün təxminən 543 min kanal və qrup silinib.

Ümumilikdə, 2025-ci ildə "Telegram" xidmət siyasətini pozan 44 milyondan artıq kanal və qrupu bloklayıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 2,7 dəfə çoxdur.

Избранный
41
teleqraf.com

1Источники