RU

“Qarabağ” çətin sınaq qarşısında

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində təmsilçimiz “Qarabağ” bu axşam doğma divarlar arasında İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.

“Yeni Sabah” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Oyunu Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi Espen Eskas olacaq. Ona yan xətt hakimləri Yan Erik Enqan və Elias Başevkin köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Görüşdə VAR-da niderlandlı Rob Diyperink əyləşəcək. AVAR-da isə onun həmyerlisi Dennis Hiqler olacaq.

Xatırladaq ki, cavab qarşılaşması fevralın 24-də İngiltərədə keçiriləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
32
2
yenisabah.az

3Источники