ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, konfrans çərçivəsində "Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi", "Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf", "Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi" mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub.
Tədbirdə C6-ya üzv ölkələrin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ) aparıcı beyin mərkəzlərindən təmsilçilər iştirak edirlər.
Məlik Məlikov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.